"Yaprak Dökümü"ndə Əli Rıza bəy obrazı ilə yadda qalan usta sənətçi Halil Ergün vəsiyyətini açıqlayıb.
"Unikal" xəbər verir ki, Ergün ölümündən sonra mərasim istəmədiyini və İznikdəki ailə qəbiristanlığında dəfn olunmaq istədiyini bildirib
"Bu mənim vəsiyyətimdir, mərasim istəmirəm. Təbii ki, çox səmimi insanlar var, təsirlənirlər. Mən də bir çox əziz dostlarımızın, qardaşlarımızın və hörmət etdiyim insanların dəfnlərə getdim. Amma mən ümumi mədəniyyətdən danışıram. Yəni vəzifə yerinə yetirməkdən. Mənim ölümümdə heç kim məsuliyyət daşımır. Nə qədər xatırlansaq da, xatırlanacağıq”, - deyib.