Bakıda kişi arvadı ilə mübahisə edib, oğluna xəsarət yetirib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə iyul ayının 12-də paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, Nazim Hacıyevlə (bütün ad-soyadlar şərtidir) arvadı Rüxsarə Hacıyeva arasında birlikdə yaşadıqları evdə münaqişə baş verib.
Münaqişəyə oğlu Rasim Hacıyev müdaxilə edib. R.Hacıyev atası N.Hacıyevə anası ilə dalaşdığına görə etiraz edib. Nəticədə ata və oğul arasında da mübahisə yaranıb. N.Hacıyev oğluna ülgüclə xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Murad İbrahimli