İsveçin baş naziri Maqdalena Andersson Türkiyə ilə imzalanan anlaşma memorandumunun şərtlərini yerinə yetirəcəklərini açıqlayıb.
"Unikal" xəbər verir ki, Andersson mətbuat konfransında ölkəsinin NATO -ya üzvlük prosesi ilə bağlı açıqlama verib.
İsveç baş naziri proses çərçivəsində Türkiyə ilə imzalanan razılaşmaya uyğun hərəkət edəcəklərini bildirib.