Şəkidə qadını şantaj edərək intiharına səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə "Unikal"a Şəki Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, cari il mayın 8-də Şəki rayon sakini A.Babayevanın (ad və soyad şərtidir) yaşadığı evin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb.
Aparılmış istintaqla Bakı şəhər sakini S.Məmmədovun (ad və soyad şərtidir) A.Babayevaya məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı dəfələrlə hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
S.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.