Gəncədə arvadını bıçaqlayan şəxs tutulub.

"Unikal"ın məlumatına görə, hadisəni törədən şəxs Samux rayon sakini 1985-ci il təvəllüdlü Əli İsmayılovdur. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Mikayıl Rəhimov küçəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Gültəkin İsmayılova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Dərhal qadın əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Məlumata görə, cütlüklər boşanmaq üçün məhkəməyə müraicət ediblər. İki dəfə onların məhkəməsi olub. Məhkəmə onlara yenində barışmaq üçün vaxt verib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov