Paytaxtın Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.