Bakıda evdən 2 000 manat dəyərində inşaat materialları oğurlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən 2000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Bayramov və P.Səlimov saxlanılıb.