Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tərtər rayon sakini Ş.İngiliszadə və Ağdam rayon sakini X.Hacıyeva saxlanılıb.

"Unikal" xəbər verir ki, şəxsi axtarış zamanı onlardan ümumilikdə 50 qramdan artıq heroin və  9 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Onların birgə yaşadıqları evə baxış zamanı isə oradan 1 kiloqramdan artıq heroin və 300 qram metamfetamin aşkar olunaraq götürülüb.