Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza rayonun Xocasən qəsəbəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Səlimovun idarə etdiyi "Nissan" Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi "Zaparojiç" maraklı avtomobillə toqquşub. Nəticədə Muradlı Manafov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq M.Manafov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.