Lənkəranda yaşayış evi yanıb.

"Unikal" reporta istinadən xəbər verir ki, hadisə şəhərin “Qalayçılar” məhəlləsində - B.Mirsalayev küçəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Xalid Xalıq oğlu Əliyevə məxsus ev yanıb. Hadisə zamanı ev sakinlərindən ikisi xəsarət alıb.

Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib, alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.