Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Amil Hüseynov və Samir İslamovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumatda görə, həmin şəxslərin üzərlərinə, evlərinə və avtomobilinə baxış keçirilən zaman külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.