Dövlət Təhlükəsizliyi Xidmətində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbir çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsi ziyarət olunub, daha sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.