"Xahiş edirəm fərdi yaşayış evimə quraşdırılan sonradan ödənişli (mexaniki tipli) qaz sayğacımı əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edəsiniz".
"Unikal" xəbər verir ki, bu müraciətlə Dəllər qəsəbə sakini Əli Qəhrəmanov yaşadığı Şəmkir şəhərində baş tutan "Açıq mikrofon" aksiyasında bildirib. Abonent bununla istehlak etdiyi təbii qaza görə yaranan debitor borcunu hissə-hissə ödəmək istədiyini bildirib. Bundan başqa şəhərin Qaqarin küçəsinin sakinləri Fidayıl Məmmədovla Rəşid Əliyev istismar müddəti başa çatan qaz xəttinin yenilənməsini xahiş ediblər.
Müraciəti qısa zaman kəsiyində həllini tapan Şəmkir rayon sakini Cavanşir Pirverdiyev isə istismar müddəti başa çatmış qaz xəttinin yenilənməsindəki operativliyə görə təşəkkürünü bildirib.
"Açıq mikrofon" aksiyasında çıxış edən SOCAR "Azəriqaz" İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Elman Qəmbərov problem və təkliflərini açıq şəkildə ifadə edən vətəndaşların müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd edib.