Bakıda qadın tanışı tərəfindən bıçaqlanıb.

"Unikal" xəbər bu barədə sosial şəbəkədə video paylaşılıb. 

DİN-dən saytımıza bildirilib ki, hadisə Bakının Yasamal rayonu ərazisində baş verib. Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. 

Yaxınlıqdakı xəstəxanaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, yayılan görüntülərdə hadisə zamanı qadına 9 bıçaq zərbəsi vuran naməlum şəxs "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb.