Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Ənvər Həsənovla bağlı məlumat yayıb.
"Unikal" xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Adilova bildirib ki, Ənvər Həsənov 28.08.2022-ci il tarixində bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. Xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb:
“Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək”.
Qeyd edilib ki, Xalq artisti uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.
“Bildirək ki, sosial şəbəkədə yayılan Ə.Həsənovun daxili qanaxmasının olması xəbəri həqiqəti əks etdirmir”, - TƏBİB rəsmisi deyib.