Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 16 sentyabr 2022-ci il tarixində Sumqayıt şəhərində yerləşən İ.Qayıbov adına Saray kənd tam orta məktəbdə olub.
"Unikal" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri, icra nümayəndələri iştirak edirdi.
Qəbul zamanı 14 məsələ qaldırılmışdır. Həmin məsələlərdən 8-i yerində həll olunmuş, 6-sı isə baxılması üçün nəzarətə götürülmüşdür. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəb kollektivi ilə görüşdü, onların problemlərini dinlədi.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.