Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında yaralanan Azərbaycan Ordusunun hərbiçisi gizir Qurbanov Yusif Asif oğlu hospitalda vəfat edib.

"Unikal"-ın məlumatına görə, şəhidimiz Goranboyda dəfn edilib.

Şəhidin yaşadığı Şəfəq kəndində vida mərasimi keçirilib.

Daha sonra şəhid Yusif Qurbanov kənd qəbiristanlığında torpağa tapşırılıb.