Cəlilabad rayon icra hakimiyyəti başçısının müavini tutduğu vəzifədən azad edilib.
"Unikal" xəbər verir ki, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.
İcra hakimiyyətindən bildirdilər ki, Elnarə Həsənova öz ərizəsi ilə işdən çıxarılıb. Qeyd edək ki, o bu vəzifəyə 2019-cu ildən təyin edilib.
Hazırda onun yerinə təyinat olmayıb.