Dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir.
"Unikal"ın xəbərinə görə, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik təklif olunur.
Belə ki, dəyişikliklər nəzərdə tutulmuş qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb.