“Son günlər şəhidlərin dəfni zamanı xoşagəlməz hallarla rastlaşırıq”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, dini qurumların rəhbərləri və üzvləri ilə görüşlər keçirmək lazımdır: "Eyni zamanda, ciddi addımların atılmasına ehtiyac var. Bəzi şəxslərin dövlətə qarşı hansısa güc nümayiş etdirmək niyyətləri özünü şəhid dəfnlərində göstərib".