"Hazırda Xırdalan şəhər 1 saylı orta məktəbin 5e sinfi dərs keçmək üçün otaq tapmır".
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist İlkin Əhmədov paylaşım edib.
O bildirib ki, uşaqlar bir neçə gün bir otaqda oturublar, indi isə onların yerinə başqa sinif gəlib: "Deyilib ki, bura onların otağıdır, 5e sinfini otaqdan çıxarıblar. Hətta deyiblər ki, biz buranı öz pulumuzla təmir etdirmişik. Valideynlərə zəng olunub ki, gəlin, uşaqları aparın”.
Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məsələnin araşdırıldığını bildirib.