Azərbaycan bayrağı Ermənistanda sosial şəbəkənin "Twitter" trendində birinci yerə düşüb.
"Unikal" xəbər verir ki, bu barədə IT üzrə mütəxəssis Fərid Pərdəşünas məlumat verib.
O qeyd edib ki, "dünyaya səslərini "çatdırmağa" çalışan ermənilər Azərbaycan sözü əvəzinə (çünki Azərbaycan sözü uzundur və twitter-də simvol limiti var) bayraqdan istifadə etdikləri üçün, platforma bu bayrağı Ermənistan trendində birinci edib".
Bununla da ermənilər özləri də bilmədən Azərbaycan dövlət bayrağını trenddə birinci yerə çeviriblər.