Hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyevin siyasi xəttinin mərkəzində insan amilinin dayanması bütün məmurların, o cümlədən, onun yerlərdəki səlahiyyətli nümayəndlərinin gündəlik fəaliyyətinin əsas istiqamətini müəyyən edir.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun vətəndaşlarla birbaşa, maneəsiz dialoqun qurulması, onların müraciətlərinə və qaldırdıqları məsələlərə operativ, şəffaf yanaşılması, əhalinin həssas qruplarını, şəhid ailələrinin üzvlərni, qaziləri və Vətən müharibəsi iştirakçılarını xüsusi diqqətdə saxlaması istiqamətindəki fəaliyyəti bütün Lənkəran ictimaiyyəti tərəfindən birmənali şəkildə qəbul olunur və dəstəklənir.
Şəhidlərimizin dəfnlərində şəxsən iştirakı özünə mənəvi borc bilən Taleh Qaraşov Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanan Lənkəran rayon sakinləri Həmidzadə Afiq Şamil oğlu və Sadıxov Pənah Sulduz oğlunu sentyabrın 19-da Bakı şəhərində müalicə aldıqları hərbi hospitalda ziyarət edib. Taleh Qaraşov yaralı əsgərlərimizlə görüşərək onlarla söhbət edib, səhhətləri, reabilitasiya prosesi və qayğıları ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib. Eyni zamanda, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün tibbi personalın yüksək peşəkarlıqla fəaliyyət göstərdiyinə görə icra başçısı həkimlərimizə minnətdarlığını ifadə edib.