Yanvar-avqust aylarında Azərbaycana 657 milyon 980 min ABŞ dolları dəyərində 49 min 245 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən "Unikal"a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 329-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 38 min 140-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2717-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 176-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.