Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.
Bu barədə "Unikal"a Xızı-Abşeron Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəbin direktor əvəzi Esmira İbrahimovanın sosial şəbəkədə yayıldığı səs yazısı ilə əlaqədar olaraq məktəbdə araşdırıma aparılıb, araşdırmanın nəticəsinə əsasən E.İbrahimova direktor əvəzi vəzifəsindən azad olunub.
"Direktor vəzifəsi müvəqqəti olaraq məktəbin direktor müavini Mahmud Mahmudova həvalə olunub", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.
Anar Kəlbiyev