“İsraildə Azərbaycan Evi”nin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
O, uzun sürən xəstəlikdən sonra İsraildə dünyasını dəyişib.
Qeyd edək ki, Arye Qut 1975-ci Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb. O, həm İsrail, həm də Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.