Azərbaycanda COVID 19 pandemiyası ilə bağlı Milli Məclis tərəfindən dinləmələr keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib.
O bildirib ki, COVID artıq sönməyə başlayıb, ancaq yenə də diqqətli olmaq lazımdır.
“Biz arxayınlaşmamalıyıq, ehtiyatı əldən verməməliyik. Hesab edirəm ki, bu məsələ ilə bağlı dinləmələr keçirməyə ehtiyac var. COVID-19 ilə bağlı ölkədə olan vəziyyət və görülən tədbirlərə dair dinləmələrin keçirilməsi faydalı ola bilər”, - deyə o qeyd edib.