Azərbaycanda yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlar qadağan edilən peşələrdə işləyə bilməyəcək.
"Unikal" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik ediləcək.
Dəyişikliyə əsasən, qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.