Milli Məclisin deputatları Ağalar Vəliyev, Anar Məmmədov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev erməni təxribatının qarşısının alınması zamanı yaralanan hərbçilərimizi ziyarət ediblər.
"Unikal" xəbər verir ki, deputatlar və başçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan hərbçilərlə söhbət edib, müalicələrinin gedişatı ilə maraqlanıb, sovqatlar təqdim edib, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu ediblər. Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə fəxr etdiyi diqqətə çatdırılmışdır.
Hospitalın həkim heyəti tərəfindən deputatlara və başçıya məruzə olunub ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Yaralı hərbçilərimiz də onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.