Azərbaycanda onkoloji xəstələrin sayı artıb və 60 minə yaxınlaşıb.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Kəmaləddin Qafarov deyib.
O bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.
Deputat bildirib ki, onkoloji xəstələrin müalicəsi üçün vəsait artırılmasına ehtiyac var.
“Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməlidir, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır”.