Bu ilin yay aylarında Şabran rayonunun yanğına məruz qalmış meşə fondu ərazisində artıq təbiət özünü sürətlə bərpa edir.
"Unikal" xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.
Onun sözlərinə görə, yanmış meşə fondu ərazisinin 24 hektar sahəsində artıq təbii bərpa prosesi müşahidə olunur.
“Ərazidə cücərən ağqovaq ağaclarının hündürlüyü 0,50 – 1 metrə çatıb. Ərazidə təbii bərpanın mal-qaradan mühafizəsi məqsədilə çəpərləmə işləri aparılır”.