Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tanınmış ekspert Arye Quyutun vəfatı ilə əlaqədar başsağlığı verib.
"Unikal" xəbər verir ki, Hikmət Hacıyev “Twitter“dəki paylaşımında Arye Quyutun Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdığını qeyd edib:
Əziz dost Arye Rəşid Quyt, Allah sənə rəhmət eləsin! Ailə üzvlərinə Allah səbr versin! Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”, - deyə Prezidentin köməkçisi vurğulayıb.