"Paytaxtın mərkəzində xeyli küçədə maksimal hərəkət sürətinin 30 km/saat müəyyən edilməsi əslində heç nəyi dəyişməyəcək".
"Unikal" xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, bu, 2021-ci ildən dünyada geniş müzakirə edilən və bəzi ölkələrdə tətbiq edilən təhlükəsizlik tədbirinə qoşulmaqdır.
"Hamımız gözəl bilirik ki, siyahıdakı küçələrdə nəqliyyatın real faktiki sürəti hətta 20 km/saat-dan da aşağıdır. Bunu nəzərə alaraq son dəyişikliyi zarafat da hesab edə bilərik. Demək istəyirlər ki, bacarırsınızsa, 30-la sürün. Bu dəyişikliyin sadəcə bir effekti ola bilər. Sürücülərimizə yüksək sürətin təhlükəli olduğunu xatırlatmaq".
Qeyd edək ki, ilk dəfə Bakıda 30 km/saat sürət limitli zona təşkil edilib. Zonaya paytaxtın mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Artıq zonaya daxil olan küçələrdə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.
Anar Kəlbiyev