Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Nazirliyin N saylı hərbi hissəsinin komandiri, polkovnik Teymur Qabulov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub.
Tural Əhmədov