Daxili işlər orqanlarında yeni təyinat olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Hüseynov İlqar Gülağa oğlu Şabran rayon Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.
O, bu vəzifəyə qədər Hacıqabul rayon DYP bölməsinin rəisi işləyib.
Qeyd edək ki, Şabran DYP-nin sabiq rəisi Vasif Bəşirli bir müddət əvvəl rüşvət aldığına görə işdən azad edilmişdi.
Ramil Zeynallı