“Pelosinin hansısa bir səfərlə Qafqazdakı proseslərə zərbə vurmağa gücü yoxdur”.
"Unikal" xəbər verir ki, bunu Nyu-Yorkdan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərini və onun həm Türkiyəni, həm də Azərbaycanı ittiham edən bəyanatlarını şərh edərkən bildirib.
“İnanıram ki, o, çox yerləri narahat edib. Şişirtməyə ehtiyac yoxdur”, - deyə Türkiyənin dövlət baçşısı əlavə edib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sentyabrın 17-də Ermənistana səfər edib.