Almaniya 1-ci Futbol Liqasının (Bundesliqa) komandalarından olan “Herta Berlin”in futbolçusu Jan-Pol Boetiusda testikulyar bədxassəli şiş aşkarlanıb.

"Unikal" xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

Açıqlamada qeyd edilib ki, 28 yaşlı niderlandlı futbolçuda uroloji müayinələr aparılıb və nəticədə  testikulyar bədxassəli şiş aşkarlanıb.

Jan-Pol Boetius “Herta Berlin”in heyətinə yay transfer dönəmində qatılıb. Cinah oyunçusunun əməliyyat olunacağı və bir müddət meydandan uzaq qalacağı bildirilib.