Ağcabədi, Beyləqan, Sabirabad, Şirvan, Kürdəmir və Saatlı rayonlarında qazlaşdırılmayan 27 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.
O qeyd edib ki, bu günədək sözügedən rayonların əhalisi 1269.17 m3 həcmində oduncaqla təmin edilib.
“Ağcabədi rayonu üzrə 363.33 m3, Beyləqan rayonu üzrə 196.84 m3, Sabirabad rayonu üzrə 278 m3, Şirvan rayonu üzrə 109 m3, Kürdəmir rayonu üzrə 178 m3, Saatlı rayonu üzrə isə 144 m3 oduncaq tədarük olunub”.
C.Qəribovun sözlərinə görə, odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər.