Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə qismən səfərbərliyi müzakirə edib.
"Unikal" xəbər verir ki, bu gün Rusiya Prezidentinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin operativ müşavirəsi keçirilib.
Putin bildirib ki, səfərbərliyə yalnız ehtiyatda olan vətəndaşlar, ilk növbədə, tələb olunan ixtisasa və təcrübəyə malik olan şəxslər cəlb olunur.
Rusiya Prezidenti səfərbərlik zamanı bütün səhvləri düzəltməyi və qanunsuz çağırılan vətəndaşların geri qaytarılmasını tələb edib.