Tərtərdə 52 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib.
"Unikal" xəbər verir ki, ötən gün rayonun Seydimli kəndi ərazisində 1970-ci il təvəllüdlü Müşviq Orucovun öldürülməsi barədə Tərtər rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin qohumu, 1970-ci il təvəllüdlü Ərəstun Orucovun bıçaqla Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Ərəstun Orucov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.