“İclas başlayandan mənə bir neçə həkim məlumat göndərib. Bu müraciətlər TƏBİB-ə aiddir. Bu gün bir aydan çoxdur ki, “Adrenalin” adında dərman yoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, bu gün 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb: "Bu gün hansısa işbazlar 1 manat 50 qəpik olan bu dərmanı 100-150 manata satırlar. Həmçinin, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. Bu dərmanlar Türkiyədə rahat satılır. “Adrenalin" dərmanına görə həkimlər cərrahi əməliyyat həyata keçirə bilmir. Bu problemin həllini uzatmaq lazım deyil”.
Anar Kəlbiyev