Abutalıbovun içşisi niyə saxlanılıb?
02:19 06-04-2012
CƏMİYYƏT
Abutalıbovun içşisi niyə saxlanılıb?
BŞİH-in Ticarət və Xidmət departamentinin işçisi obyektlərdən "haqq" yığırmış, Hüseyn İsmayılov məmurlardan birinin obyektinə "ilişibmiş"
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin məsləhətçisi Hüseyn İsmayılov saxlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
O, adı açıqlanmayan Bakı sakinin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciətindən sonra saxlanılıb.
Məlumatda qeyd olunur ki, "aprelin 3-də idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Hüseyn İsmayılov həmin şəxsdən 300 manatı rüşvət kimi alarkən yaxalanıb. H.İsmayılovun üzərinə baxış keçirilərkən müxtəlif ticarət obyektlərinin adı göstərilən və qarşısında müəyyən məbləğlərdə pul vəsaitləri yazılmış qeydiyyat vərəqələri aşkar edilərək götürülüb".
Fakta görə Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bununla bağlı aldığımız bir başqa məlumatda isə deyilir ki, H.İsmayılovun saxlanılmasının əsas səbəbi təkcə bu olmayıb. Belə ki, bir neçə dövlət qurumunda onunla bağlı müxtəlif səpkili şikayətlər olub. Hələ bir xeyli əvvəldən nəzarətə götürülən meriya işçisinin başına belə bir bəlanın gəlməsi məmurlardan birinin obyektinə "ilişməsi" olub. Mənbə bildirir ki, sözügedən şəxs şəhərdə spirtli içkilərin satışını həyata keçirən bütün dükan və mağazalardan aylıq haqq alırmış. Bu da obyektin dövriyyəsi və həcminə görə dəyişirmiş. Onda olan siyahıda isə kimin nə qədər pul verməcəyi göstərilibmiş. Həmin siyahıya yenicə düşmüş dükanlardan birindən tələb olunan 300 manat məsələsi isə danışıqlardan sonra o qiymətə endirilib. Yəni H.İsmayılovla ilkin anlaşma 1000 manat olub ki, sonradan bu məbləğdə ortaq məxrəcə gəlinib.
Mənbə deyir ki, məmurlardan birinə məxsus olan həmin obyektdən pul tələb edildikdən sonra meriyanın işçisi açıq şəkildə dirəniş göstərərək, 300 manat verməsini tələb edib. Vəziyyəti belə görən məmur da Korrupsiya İdarəsinə müraciət edib. Nəticədə meriyanın işiçisi həbs olunub.
Məlumatda o da vurğulanır ki, "haqq" yığma məsələsi təkcə spirtli içkilərin satışını həyata keçirən dükanları əhatə etmir. Həmçinin siqaret satışı ilə məşğul olan dükanlar da ayda bir dəfə Ticarət və Xidmət Departamentinin "bığının altından" keçməlidirlər. Əks təqdirdə, onlara həmin məhsulların satışını həyata keçirməyə icazə verilmir. Bunun əleyhinə gedənləri isə külli miqdarda cərimələməklə sıradan çıxarırlar.
İnformasiya Şöbəsi
Digər Xəbərlər
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30