"YAŞAT" Fondu tərəfindən bugünədək şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqaməti üzrə 1 066 234.04 AZN vəsait xərclənib.
"Unikal" bu barədə “YAŞAT” Fondundan məlumat verilib.
Bildirilib ki, şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsilinə "YAŞAT" Fondunun dəstəyi davam edir.
Qeyd olunub ki, "YAŞAT" Fondu tərəfindən bugünədək təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqaməti üzrə 1 066 234.04 AZN vəsait xərclənib.
Şəhid ailəsi üzvlərinin 281, müharibə əlillərinin isə 57 müraciəti təmin edilib, bu istiqamət üzrə müxtəlif layihələr həyata keçirilib.