"İşi yaxşı qurmağı bacarmayan daha çox qiymətlərin artırılmasına üstünlük verir".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Rzayev daşıyıcı şirkətlərin avtobuslarda gediş haqqının artırılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, şirkətlər işini düzgün qurmalı və elə tənzimləməlidir ki, qiymətlər artırılmasın:
"Məsələn, xidməti yaxşı avtobuslarla təmin edirəmsə, xidmətin keyfiyyətini yüksəldirəmsə, qiymət artımı olanda da camaat narazı qalmır. Amma xidmət səviyyəsini yüksəldə bilmirsən, qiyməti artırırsan. Həmin avtobusdur və eyni xidmətdir. Bunun qiymətini niyə artırırsan? Burada işin təşkilində problemlər var. Ona görə ilk növbədə işlərini qaydaya qoymalıdırlar ki, qiymət artımına getməsinlər".
Anar Kəlbiyev