Ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncəyə səfəri başlayıb.
"Unikal"ın məlumatına görə, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə hərbi attaşeləri Gəncə şəhərində Ermənistan Respublikasının silahlı qüvvələrinin raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksə ziyarət edəcəklər.
Səfər çərçivəsində diplomatlar ermənilərin Gəncədə törətdikləri terrorla yerində tanış olacaqlar. Səfərdə 12 xarici ölkənin 20-ə yaxın nümayəndəsi iştirak edir.
Tural Əhmədov