Oktyabrın 16-da ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, düşən yağışın miqdarı: Şəkidə 43.0 mm, Qaxda 27.0 mm, Zaqatalada 19.0 mm, Şahdağ, Xaçmaz, Qusarda 8.0 mm, Yardımlıda 7.0 mm, Qubada 6.0 mm, Xaltan, Şəmkir, Astara, Lerik, Qrız, Oğuz, Gəncə, Tovuz, Qobustan, Altıağac, Şabran, Bərdə, Yevlax, Göyçay, Beyləqan, Kürdəmir, Neftçala, Mingəçevir, Biləsuvar, Göytəpə, Daşkəsəndə 1.0-5.0 mm-dək olub.