Sabirabadda 33 yaşlı kişi bıçaqlanıb.
"Unikal" apaya istinadən xəbər verir ki, hadisə rayonun Yolçubəyli kəndində baş verib.
Həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Ənvər Aftandil oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş və daxilə nüfuz etmiş yaraları ilə Şirvan şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Daxili qanaxma səbəbindən yaralı əməliyyata götürülüb. Onun Şamxal adlı həmkəndlisi tərəfindən bıçaqlandığı deyilir.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən istintaq əməliyyat tədbirləri həyata keçirilir.