Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki,  hadisə bu gün Ucar rayonunun Qazıqumlaq kənd yolunda qeydə alınıb. “Mescedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Qazıqumlaq kənd sakini, 2019-cı ildə anadan olmuş Əsmər Bəhruz qızı Seyidzadə dünyasını dəyişib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.