Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müvəqqəti müdir təyin olunub.
"Unikal" xəbər verir ki, bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib.
Məlumata görə, nazirliyin şöbə müdiri Məryəm Qafarzadə sosial məzuniyyətə çıxıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsini isə qurumun böyük məsləhətçisi Fariz Hüseynli icra edəcək.