Avropa İttifaqının Ermənistan ərazisindəki mülki missiyasına ilkin olaraq 40-a yaxın müşahidəçi daxil olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi danışıb.
Onun sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda planlaşdırılan görüş keçirəcək. Görüşün gündəmində Ukrayna münaqişəsi olacaq. Bundan əlavə, nazirlərin Azərbaycan-Ermənistan sərhədindəki problemlərin həllinə yardım etmək üçün mülki missiyanı təsdiqləyəcəkləri gözlənilir.
Missiyanın bu gün təsdiqlənməsi gözlənilir.
Diplomatın sözlərinə görə, hələlik təfərrüatlar yoxdur.
“Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 40-a yaxın müşahidəçi yerləşdiriləcək”, - deyən rəsmi məsələnin aktuallığına görə ilk müşahidəçilərin Aİ-nin missiyasından iki ölkənin sərhədinə göndəriləcəyini vurğulayıb.
“Biz məsələnin aktuallığına görə Gürcüstandakı missiyamızdan işçi heyəti götürürük” deyə icma nümayəndəsi izah edib.
Gültəkin Ələsgər